Yunus Oğuzun Türkiyədə 7 kitabının “imza günü” keçirilib

Dekabrın 5-də Ankarada keçirilən Beynəlxalq Kitab Sərgisində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun 7 kitabının "İmza günü" keçirilib. "İmza günü"nə Türkiyənin tanınmış yazarları və elm xadimləri qatılıblar.  Qeyd edək ki, Y.Oğuzun "Əmir Teymur" iki cildliyi ("Əmir Teymur-Zirvəyə doğru", "Əmir Teymur-Dünyanın hakimi") yenicə  Türkiyə türkcəsində çap olunub. Bundan əvvəl isə onun "Hadir şah", "Təhmasib şah", "Attila", "Qədim Türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış" kitabları türk dilində işıq üzü görmüş və bu ölkədə "imza günü" keçirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31