Məşhur İsrail müğənnisinin azərbaycanca "Qəmgin mahnı"sı VIDEO
Hava Dolev növbəti mahnımızı ifa edib
5 Dekabr 2012 13:36 MədəniyyətAzərbaycan mahnılarının vurğunu olan məşhur İsrail müğənnisi Hava Dolev növbəti mahnımızı ifa edib. ANS PRESS-in məlumatına görə, ifaçı "Onu bağışlamaq olarmı?" kinofilmindən Tofiq Quliyevin bəstələdiyi, xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi "Qəmgin mahnı"nı öz repertuarına salıb. Müğənni bu ifanı Azərbaycan Respublikasının xalq artisti Şövkət Ələkbərovanın 90 illiyinə həsr eləyir.
Qeyd edək ki, Hava Dolev Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə ilə əməkdaşlığa başlayıb. Aygün xanım müğənninin vokal imkanları ilə tanış olduqdan sonra onun üçün mahnı bəstələməyə razılıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31