Bir türk serialı da dayandırıldı
5 Dekabr 2012 12:56 MədəniyyətTürkiyənin Show TV telekanalında "Suskunlar"dan sonra daha bir teleserialın nümayişi dayandırılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, yeni mövsümə böyük ümidlərlə balşamış "Ustura Kemal" telekanal rəhbərliyinin gözlədiyi reytinqləri əldə edə bilmədiyi üçün gərəksiz sayılıb.Oktay Kaynarca, Emre Kınay, Naz Elmaz, İpek Karapınar və Esra Ruşanın baş rollarda oynadıqları "Ustura Kemal"ın nümayiş vaxtı indiyədək üç dəfə dəyişdirilmişdi.
Son vaxtlar şənbə günü nümayiş olunan "Ustura Kemal" serialı TNS reytinqlərində 30-cu, AB qrupu reytinqində isə 32-ci yerdə idi.Bu həftənin şənbə axşamı göstəriləcək "Ustura Kemal" 13-cü seriyası ilə tamaşaçılarla vidalaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31