Parikli, makiyajsız, səmimi Azərbaycan ulduzlarının sosial şəbəkələrdəki görüntüləri

1. İstanbul tətili zamanı müğənni Abbas Bağırov və bəstəkar Hacı Nazim türk musiqisinin "İmperator"u İbrahim Tatlıseslə görüşdülər.
2. Eyyub Yaqubov isə dostu, bəstəkar Elçin İmanovla Moskvaya yollandı.
3. Gənc müğənni Emil Bədəlov aylar sonra həcc ziyarətindən olan fotosunu dostları ilə paylaşdı.
4. Sevda Ələkbərzadə də daim xarici ölkələrə səfər edən müğənnilərdəndir. Əməkdar artist yaxın rəfiqəsi, aparıcı Xədicə ilə birgə istirahətindən olan şəklini paylaşdı.
5. Hal-hazırda Türkiyədə olan və "Göndər" adlı ilk mahnısı ilə türk şou-biznesinə qatılan Röya.
6. "Eurovision" təmsilçilərimizdən olan Səbina Babayeva isə bu fotosunu belə şərh etdi: "Velosiped sürməyi sevirəm".
7. Fanatlar sevilən müğənni Samiraya da sürpriz etdilər. Yaxın rəfiqəsi Tünzalə ilə olan fotosu müğənninin rəsmi fan səhifəsində yerləşdirildi.
8. Tünzalə Ağayeva isə tədbirlərin birində böyük sənətkar Akif İslamzadə ilə görüşdü. Sənətçi bu anı əbədiləşdirmək üçün foto da çəkdirdi.
9. Müğənni Xəyyam Nisanov isə Bakıda ilk solo-konsertini verdi. Səhnə tərtibatı və Xəyyamın çıxışı uğurla qarşılandı.
10. Qalmaqallı Rəqsanə bu dəfə "Hürrem Sultan" obrazında.
11. Aparıcı Nanə Ağamalıyeva da qeyri-adi pariki ilə marağa səbəb oldu.
12. Müğənni Ramal və Aygün Rəhimovanın bu səmimi fotosunu necə şərh edərdiniz?
13. Nura Suri isə ötən həftə makiyajsız fotosu və növbəti fotosessiyasından olan görüntüləri paylaşdı.
14. "Eurovision 2011"in qaliblərindən olan Eldar Qasımov isə sürücülük vəsiqəsini almasının ilk müjdəsini sosial şəbəkədəki dostlarına verdi. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31