Azərbaycanın superstarının "Pırlantalı gecələri"nə sayılı saatlar qalır VIDEO
4 Dekabr 2012 19:01 MədəniyyətBundan sonra superstar maraqlı qonaqları ilə hər çərşənbə axşamları TMB TV-nin efirini bəzəyəcək. Milli.Az xəbər verir ki, bir neçə saatdan sonra, daha dəqiqi Bakı vaxtı ilə saat 22:00-da Türkiyənin TMB kanalında Azərbaycanın xalq artisti, superstar Brilliant Dadaşova "Brilliantla pırlantalı gecələr" verilişinin ilk buraxılışı ilə tamaşaçıların görüşünə gələcək. Türkiyənin usta sənətçilərindan hesab edilən Kubatla izləyicilərə musiqili bayram təqdim edəcək xanım Dadaşova efir öncəsi İstanbuldan Milli.Az oxucularına bunları söylədi: ""Brilliantla pırlantalı gecələri" adımla bağlı olan "Gözəllik dünyanı xilas edəcək" verilişinin davamı kimi qiymətləndirmək olar. Bilirəm ki, pərəstişkarlarım səbrsizliklə ilk efirimizi gözləyirlər. Kubatla birlikdə çox maraqlı proqramla hamınızı sevindirməyə çalışacağıq".
Diqqətli tamaşaçılar təsdiqləyərlər ki, Brilliant xanım hər həftənin ikinci günü öz müəllif verilişi ilə Space TV-nin canlı yayımlarını rəngləndirirdi. Bundan sonra superstar maraqlı qonaqları ilə hər çərşənbə axşamları TMB TV-nin efirini bəzəyəcək.
TMB TV-ni internetdən izləmək istəyənlər yayımladığımız linki klikləyə bilərlər.
Məlumat üçün bildirək ki, "Brilliantla pırlantalı gecələr"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.