Aygün Kazımova bir-birinin ardınca 3 əməliyyat keçirəcək VIDEO
4 Dekabr 2012 18:41 MədəniyyətHollivuda getməyə hazırlaşan xalq artisti Aygün Kazımova keçirdiyi, habelə keçirəcəyi estetik əməliyyatlardan danışıb. ANS PRESS-in məlumatına görə, dünya ulduzlarından biri ilə layihəyə imza atacağıını deyən müğənni hazırlıqlar çərçivəsində xarici görünüşünə əl gəzdirməyə qərar verib. Müğənni ardıcıl olaraq 3 estetik əməliyyat keçirəcək və əməliyyatlardan biri artıq başa çatıb.
Aygün Kazımova bu barədə ANS TV-nin "Şoubiz" proqramına danışıb: "Əməliyyat 6 saat çəkdi. Şükürlər olsun ki, çox uğurlu keçdi. Onu da etiraf edim ki, ən çox həyəcanlandığım əməliyyatım idi. Qarşıda iki əməliyyatım da var. Sadəcə aradan bir neçə gün keçməlidir. İnşallah, digər əməliyyatlarım da uğurlu keçsə, deməli hazır vəziyyətdə olacam. Həm daxilən, həm zahirən sizin sevginizə layiq olmağa çalışıram".