İtaliyada “Odlar Yurdu” sənədli filminin təqdimatı olub
4 Dekabr 2012 16:48 Mədəniyyətİtaliya Respublikasının Roma şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin İtaliya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və turizminin dünyada və xüsusilə İtaliyada təşviq olunması məqsədini daşıyan "Odlar Yurdu" sənədli filminin təqdimat mərasimi keçirilib.
İtaliyanın əyalətlərinin və Roma şəhərinin səlahiyyətli şəxsləri, diplomatik korpusun nümayəndələri iştirak etdiyi təqdimat mərasiminə Azərbaycandan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. "Odlar Yurdu" sənədli filmi İtaliyalı rejissor Daniele Carminati tərəfindən çəkilib və "İtalian Multimedia Group S.r.l" tərəfindən 5 dilə tərcümə olunub.
Filmin İtaliyanın dövlət televiziyası olan "RAİ 1" kanalında nümayiş olunması nəzərdə tutub. ("OLAYLAR"İA)