Yunus Oğuzun daha bir kitabı Türkiyə türkcəsində çap edildi
4 Dekabr 2012 16:40 MədəniyyətYazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur" iki cildliyi ("Əmir Teymur-Zirvəyə doğru", "Əmir Teymur-Dünyanın hakimi") Türkiyə Respublikasında Türkiyə türkcəsində çap olunub. "Qlaylar" xəbər verir ki, sözügedən kitabların çapını "İləri" nəşriyyatı həyata keçirib. Nəşrlər Hüseyn Adıgözəllinin tərcüməsində reallaşıb. Xatırladaq ki, Y. Oğuzun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Attila", "Nadir şah", "Təhmasib şah", "Türkün gizli tarixi", "Əmir Teymur-Zirvəyə doğru", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Əmir Teymur-Dünyanın hakimi" və digər kitabları türk və rus dillərində çap edilib. Onlardan "Hadir şah", "Təhmasib şah", "Attila", "Qədim Türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış" kitabları türk dilində işıq üzü görüb.