Günay Musayevanın Cincanı VIDEO

Azərbaycanlı model oğlunu ilk dəfə Türkiyə tamaşaçıları ilə tanış edib

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ana olandan sonra ilk dəfə oğlunu televiziya tamaşaçılarına göstərib. ANS PRESS-in məlumatına görə, məşhur aktyor Tolqa Karellə evli olan model, "Kanal D"-də yayımlanan "Maqazin D" proqramının yaradıcı heyətini evinə dəvət edib və Cincan deyə əzizlədiyi Cihangiri ilk dəfə olaraq Türkiyə tamaşaçıları ilə tanış edib.
Tanınmış modelin evindən reportaj hazırlanan zaman, çəkilişlər üzündən Tolqa Karel ailəsinin yanında olmayıb. Reportaj proqramın "özəl haber" bölümündə canlı yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31