Günay Musayeva dünyanın ən yaxşı modelini seçəcək

Azərbaycanlı model "Best Model of the World"ün finalında münsif kürsüsündə əyləşəcək

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva "Best Model of the World" yarışmasının finalında münsif kürsüsündə yer alacaq. ANS PRESS-in məlumatına görə, model bu dəfə də digər jüri üzvləri ilə birlikdə dünyanın ən yaxşı modelini seçəcək. Dekabrın 8-də İstanbulda baş tutacaq finalda Türkiyəni Berk Atan və Buse Terim təmsil edəcək.
Bu ilki yarışmada 90 manikenin iştirak edəcəyi müsabiqədə Sibel Tüzün, Ece Filiz ve İbrahim Gayberi aparıcılıq edəcək. 9 ölkədə canlı yayımlanacaq yarışmada dünyanın ən yaxşı manikeni adı uğrunda 20-yə yaxın ölkə nümayəndəsi mübarizə aparacaq.
Ana olandan sonra televiziya proqramlara qatılmayan Günay "Kanal D"də yayımlanan proqramı evinə dəvət edib və ilk dəfə oğlu Cihangiri tamaşaçılara göstərib. Yeni il ərəfəsində bir çox jurnallar üçün xüsusi çəkim edən model maraqlı müsahibələri ilə də diqqət çəkib.
Bununla yanaşı Günay hamıya kritik yanaşan prodüsser Erol Kösənin də diqqətini çəkib. Türk ulduzlarından fərqli olaraq Erol Kösə proqramında Günayi tənqid etməyib, əksinə onu bəyəndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31