İbrahim Tatlısəs çox hirsləndi
4 Dekabr 2012 14:40 MədəniyyətTürkiyənin tanınmış sənətçisi, "İmperator" ləqəbli müğənni İbrahim Tatlısəs Hürriyet-ə geniş müsahibə vermişdi. Milli.Az bildirir ki, Hürriyet-in yazarı Cengiz Semercioğlunun müsahibəsində Tatlısəs məruz qaldığı sui-qəsddən, müalicəsindən, yaşamından bəhs etmişdi."Güllənin gəldiyi anı xatırlayıram. Maşındaydım, arxaya çevrilərək proqramla bağlı İpək xanıma nə isə deyirdim. Atəşin açıldığı maşını görmədim, sən demə, yanımızdan keçibmiş. Bir səs eşitdim. Sonra isə damlayan qanın "Şıp, şıp" səsini xatırlayıram sadəcə. Başımın içində qan, yoxsa çiynimə damlayan qan - bilmirəm. Beynimdə o səs qaldı: şıp, şıp... İkinci güllə burnumun ucunu sıyırıb İpək xanımın boğazına girdi. Xəstəxanaya çatdırılanda da həkimlər ilk öncə İpək xanıma yardım etməyə çalışıblar, çünki o məndən daha çox qan itirmişdi", - Tatlısəs demişdi.
Tatlısəs daha sonra demişdi ki, həyat yoldaşı Ayşegül xanım hamiləliyin 6-cı ayındadır: "Gələn ilin fevralın 14, ya da 15-də ana olacaq. Bunu dəqiq bilirəm. Qızım olacaq! Hələ ad qoymamışıq. Vaxt var, taparıq adı".
İbrahim Tatlısəs bu müsahibədən çox narazı qalıb.Sənətçi Twitter-də yazıb: "Sevimli Cengiz Semercioğlu qardaşım! Mənə sənə müsahibə vermədim, söhbət etdim. O söhbəti də yaxşı anlamamış, dərk etməmiş yazıbsan. Xanımımın hamiləlik aylarını səhv yazıbsan. Üstəlik, qızımın guya anadan olacağı günləri yazıbsan. Halbuki həmin günlər mənim ikinci ad günlərimdir. Yəni mən demişəm Çanaqqala, o yazıb Kırıkqala".