Özcan Dəniz xəstəxanaya düşdü
4 Dekabr 2012 18:31 MədəniyyətÇəkiliş vaxtı məşhur müğənninin sol ayağının vətərləri yırtılıb. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz film çəkilişi zamanı qəza keçirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, xoşagəlməz hadisə Kocaeli viılayətində "Bir zamanlar Osmanlı" adlı serialın çəkiliş meydançasında baş verib. Məlumata görə, müğənni film çəkilişi vaxtı ata minərkən ehtiyyatsızlıq səbəbindən onun sol ayağının vətərləri yırtılıb. Yerli xəstəxanalardan birinə çatdırılan müğənni daha sonra İstanbuldakı özəl xəstəxanalardan birinə göndərilib. Özcan Dəniz Twitter-də hadisə səbəbindən göz dəyməsinə bir daha inandığını, müalicəsinin davam etdiyini yazıb və ona dəstək verən ", Twitter" təqibçilərinə təşıəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31