Hüseyn Dərya və Xuraman Şuşalı bir yerdə oxuyacaqlar

Müğənni və reper bir səhnədə bir yerdə oxuyub konsert verəcəklər."Azadinform" xəbər verir ki, müğənni Xuraman Şuşalı və reper Hüseyn Dərya belə bir fikrə düşüblər. Onlar razılığa gəlib, hətta konsertin vaxtını da dekabrın 14-ə alıblar. "Narkotikə yox deyək!" adı altında keçiriləcək konsertə dağıstanlı müğənni Marina Əliyeva da qatılacaq.
Xatırladaq ki, konsertin biletlərinin qiyməti 30-50 manat arasında dəyişəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31