Aygün Kazımovanın evindəki gecə toplantısının səbəbi məlum oldu - FOTO
Xalq artisti qızğın söhbətləri kimlərlə müzakirə etdi?
4 Dekabr 2012 09:05 MədəniyyətMilli.Az xəbər verir ki, ötən gün axşamdan başlayaraq Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın evində toplantı keçirilib.Əməkdaşımızla söhbətində Aygün xanım özü bu barədə açıqlama verməkdə maraqlı oldu: "Evimin qonaqları illərdən bəri yaradıcılıq işlərinə önəm verdiyim dostlarım - rejissor Ülviyyə Könül, modelyer-dizayner Leyla Əhmədova və yeni duet ortağım, istedadlı müğənni Elton Hüseynəliyev oldular.Bizi bir yerə cəm edən əsas səbəb isə Eltonla ifa etdiyimiz "Sus" adlı mahnıya fərqli klip çəkdirmək istəyimizdir. Bir sirr açım qoy oxuculara da agah olsun, biz mahnının müəllifinin kim olduğunu bilmirik. Və çox istərdik ki, o, üzə çıxsın, müəllif hüquqlarını pozmayaq.Klipə gəlincə, çox maraqlı və düşündürücü ekran işi təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. Hədəf 2013-cü ilin ilk keyfiyyətli vizual məhsulu ilə tamaşaçılarımızı sevindirməkdir. Bizə uğurlar arzulayın əzizlərim".