"VİA Qra" dağılmayacaq
Qrupa yeni qızların seçiminə dekabrın 18-dən başlanılacaq
3 Dekabr 2012 19:50 Mədəniyyət"VİA Qra" qrupunun ləğvindən sonra Konstantin Meladze yeni qızlardan ibarət pop-qrup yaradılacağını bildirib. K. Meladzenin sözlərinə görə, ukraynalı rejissor Alan Badoyevlə birlikdə yaradacaqları yeni musiqi layihəsi əvvəlki "VİA Qra" ilə bağlı olacaq. Yeni qrup realiti-şou formatında olacaq və "VİA QRA İSTƏYİRƏM" adlanacaq.
"Konstantin qrupun bağlandığını söylədikdə, mən bu xəbərə tez reaksiya verdim və qrupa yeni həyat verməyi təklif etdim. Bu qrupda sadə qızlar əsl pop-divaya çevriləcəklər. Bu hamının tanıdığı "Fabriki Zvezd", "Fabrika A" kimi olmayacaq. Bu əsl şou-biznes olacaq, biz hər şeyi olduğu kimi çəkib göstərəcəyik. 18 dekabrda atrıq yeni qrupa seçimlər başlayacaq və bu proses yanvarın axırına kimi davam edəcək. Artıq fevraldan tamaşaçılar səhnədə yeni qrupu görə biləcəklər. Qızlarla ən yaxşı stilistlər, vizajistlər, musiqiçilər, rejissorlar işləyəcəklər. Yeni qrupla məşqləri isə "VİA Qra" nın keçmiş solistləri olacaqlar", - deyə Alan Badoyev bildirib.
Rejissorun sözlərinə görə, yeni qrup tamamilə fərqli, yeni repertuarda və müasir olacaq. Əvvəllər qızları seçəndə müəyyən parametrlər nəzərə alınırdısa, indi heç bir sərhəd yoxdur, hətta dolu qızlar da iştirak edə bilərlər.
Bu möhtəşəm şouya dekabrın 18-dən Rusiya və MDB ölkələrində start verilədək. K. Meladzenin sözlərinə görə, o tamailə fərqli, istedadlı və özünə güvənən qızları öz qrupunda görmək istəyir. Seçim turları Moskva, Kiyev və Qazaxıstanda keçiriləcək və bizə internetlə də qoşulmaq olar. Yeni solistləri xalq seçəcək".