Rostropoviç Beynəlxalq Musiqi Festivalı başladı
4 Dekabr 2012 02:56 MədəniyyətBu il Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 3-9 dekabr tarixində VI Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalda iştirakçılar Rusiya, İtaliya, Böyük Britaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, İngilis və Litva kamera orkestrləri, eyni zamanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.
Qeyd edək ki, 2007-ci ildən etibarən Bakıda hər ilin dekabr ayında Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçirilir. ("OLAYLAR"İA)