Azərbaycanın tanınmış teleaparıcısının Facebook parolu sındırılıb

"Bilin ki, bu, Afaqlıq deyil".  Milli.Az-ın məlumatına görə, ATV-də yayımlanan "10 Lar" verilişinin tanınmış teleaparıcısı Afaq Əliyevanın (Gəncəli) Facebook sosial şəbəkəsindəki profilinin parolu sındırılıb.Bu barədə verilişin reportyorlarından biri öz profilində belə yazıb: "Dostlar, bizim aparıcımız Afaq Əliyevanın profilini sındırıblar. Əgər sizə aidiyyatı olmayan mesaj və ya şəkillər gələrsə, bilin ki, bu, Afaqlıq deyil.Profili sındıranın kimliyini araşdırmaqdayıq və həmin şəxs əmin olsun ki, üzə çıxdıqdan sonra layiq olan cəzasını alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31