Demet Akalın Mustafa Sandalın arvadına sataşdı
3 Dekabr 2012 19:15 MədəniyyətTürkiyənin populyar müğənni və bəstəkarlarından olan Mustafa Sandalın arvadı Emine Sandal CD albomunu satışa çıxarandan sonra: "Mən də məşhur müğənnilərdən biriyəm", - söyləyib. Bu sözlər isə müğənni Demet Akalını çox sinirləndirib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Akalın Twitter-dəki bloqunda yazıb: "Türkiyədə nömrə 1 müğənni mənəm və hər saniyə burada uğurlarımdan bəhs edəcəyəm. Kimsə inciməsin.
Qızım, get öz ölkəndə məşhurlaş, sonra gəl danış. Get evində uşaqlarınla məşğul ol". Akalın ad çəkməsə də, onun sözlərinin Emine Sandala ünvanlandığı şübhə doğurmur.
Daha sonra Akalın müğənni Mustafa Sandala da sataşıb: "Deyir ki, guya ən çox qulaq asılan və internetdən yüklənən mahnıların müəllifi özüdür. Deyilənə görə, mənim mahnılarımın tirajını üstələmək istəyib. Mahnılarından heç olmasa birini satsın, mən də alım".