Məşhur aktrisaya böyük vəfasızlıq

Türkiyənin məşhur aktrisalarından biri Nilgün Belgünün atası, 81 yaşlı Atilla Belgün qaraciyər xərçəngindən vəfat edib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Atilla Belgün dünən İstanbuldakı Şişli məscidində qılınan cənazə namazından sonra dəfn edilib. Dəfn mərasiminə cəmi 30 nəfər qatılmışdı. "Nilgün Belgünle Aşk ve Komedi" tamaşasının qala gecəsinə Türkiyənin ən populyar aktyor və sənətçilərinin qatılmalarına rəğmən, dəfndə bir nəfər olsun belə, tanınmış sənətçi yox idi.
Sadəcə, Nilgün Belgünün sevgilisi Bekir Ünlüataer mərasimdə idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31