Xəyyam Nisanov Heydər Əliyev Sarayında hesabat konserti verib
4 Dekabr 2012 00:15 MədəniyyətMüğənni Xəyyam Nisanov konsert verib. "Azadinform"un məlumatına görə, konsert "Solo" adı ilə Böyük Sarayda gerçəkləşib. Xəyyam səhnə hesabatına 3 saat vaxt ayırıb. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edib. Xalq artisti Flora Kərimova, Faiq Ağayev, Əməkdar artist Tünzalə Ağayeva, Nazim, Samirə, Natəvan Həbibi, Elnur, Namiq Qaraçuxurlu, aparıcılar Nərgiz Cəlilova, Kamilə Babayeva, İlkin Həsəni, Nanə Ağamalıyeva, rəqqasələr Fatimə və Məryəm Xəyyamın hesabatına qulaq asanlar arasında olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31