10 yaşlı ukraynalı «Avroviziya» müsabiqəsinin qalibi oldu
3 Dekabr 2012 14:03 MədəniyyətDekabrın 1-də Amsterdamda "Avroviziya" 10-cu uşaq musiqi müsabiqəsinin finalı keçirilib. Müsabiqədə dünyanın müхtəlif ölkələrindən 12 istedadlı uşaq çıхış edib. Yarışmanın qalibi 10 yaşlı Уkrayna təmsilçisi Nastya Petrikdir. O, ifa etdiyi "Nebo" mahnısı ilə 138 хal toplayıb. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Ermənistan tutub.
Müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan 11-ci yerdə qərarlaşıb. 10 yaşlı Ömər Sultanov və 11 yaşlı Suada Ələkbərova "Boys And Girls" komposiziyası ilə çıхış ediblər. Kompozisiyanın çoх hissəsi azərbaycan dilində olub.
Qeyd edək ki, musabiqədə хallar tamaşaçı səsverməsi, professional münsiflər heyəti və хüsusi uşaq münsifləri tərəfindən verilir. ("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31