“Möhtəşəm yüz il”in sultanı şokda

Məşhur sənətçi, "Möhtəşəm yüz il" serialında Mahidevran Sultan rolunu canlandıran Nur Fəttahoğlu polis tərəfindən cəzalandırılıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin sürücülük vəsiqəsinə 1 ildə 300 cərimə balı yazıldığından onun sürücülük vəsiqəsi ləğv olunub. Sənətçi il ərzində avtomobili idarə edərkən qırmızı işıqda keçmə, sürət həddini aşma kimi nöqsanlara yol verib. Nur Fəttahoğlu isə sürücülük vəsiqəsinin ləğv edilməsindən xəbərsiz olduğunu deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31