Habil Əliyevin oğlu atası ilə münasibətlərə aydınlıq gətirdi

Rəvan Habiloğlu iddia edir ki, heç vaxt atası ilə onun arasında problem olmayıb.  Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni Lider telekanalının "Rəngarəng" proqramına bildirib.
Onun sözlərinə görə, atası heç vaxt oxumaqla bağlı qadağa qoymayıb. "Biz həmişə bir-birimizi anlamağa çalışmışıq. Sadəcə atam istəmir ki, mənim adım hansısa şayiələrdə və qalmaqallarda hallansın. Ona izah etməyə çalışdım ki, mənim öz yolum var və mən onlar kimi deyiləm. Şou-biznesdə əlaqələrim olan adam yoxdur, buna görə də heç kimlə qalmaqalım olmayıb. Atam bunu başa düşmürdü, ona görə də istəmirdi ki, səhnəyə çıxım", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31