Səyyad Əlizadə kimləri tərbiyəsiz adlandırdı?

"Şükürlər olsun ki, mənə heç nə olmayıb"

Müğənni Səyyad Əlizadə sonuncu dəfə ölüm xəbərinin yayılması haqqında danışıb. SİA-ya açıqlama verən zaman emosiyalarını gizlədə bilməyən Səyyad bəy bu şayiəni yayan insanları tərbiyəsiz adlandırdı: "Noyabr ayının 14-də şəxsi avtomobilimdə məclislərin birinə gedirdim.
Ancaq şəhərdə tıxacların olduğundan mərasimə gecikmişdim. Bu an telefonuma yaxın dostumdan zəng gəldi və səsimi eşidərək "nə yaxşı ki həyatdasan" deyib məni təəccübləndirdi.
Ondan niyə belə dediyini soruşdum. Cavabında söylədi ki, guya mən avtomobil qəzasına düşüb dünyamı dəyişmişəm. Dostum bu sözləri söyləyəndə şoka düşdüm. Söylədim ki, şəhərdəyəm.
Şükürlər olsun ki, mənə heç nə olmayıb. Odur ki, belə xəbərləri yayan insanları tərbiyəsiz adlandırardım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31