Cenifer Lopez qapalı geyinəcək

Müğənni səhnə geyimlərinə əl gəzdirib

Amerikanın məşhur aktrisa və müğənnisi Ceniffer Lopez İndoneziyada konsert verməyə hazırlaşır. Bu gün axşama planlaşdırılan konsertdə dünya ulduzu səhnəyə adi konsertlərindən fərqli olaraq daha az diqqət cəlb edən geyimdə çıxacaq. Konsertin təşkilatçıları onun müsəlman ictimaiyyətinin ənənələrinə riayət etmək üçün belə edəcəyini bildiriblər.
"Jakarta Post"un məlumatına görə, Cakartada baş tutacaq konsert öncəsi onun açıq-saçıq geyimlərində cüzi dəyişikliklər edilib: "Onun menecerləri bizdən müğənninin seksual elementlər olan rəqslərini ifa edib edə bilməyəcəyini də soruşdular. Biz isə onlara bildirdik ki, bu, İndoneziya üçün qəbuledilməzdir".
Lakin bütün bunlara baxmayaraq "Dance Again World Tour" dünya turu çərcivəsində baş tutacaq konsert əsl şou olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31