Ayanla Nadirin ortaq işi VIDEO

Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə ikinci duetini təqdim edib. Musiqisi Rövşən İlknuriyə məxsus mahnı "Xəyanətkar" adlanır.

Qeyd edək ki, bu, Ayanla Nadirin ikinci duetidir. İki il öncə "Sənin üçün" adlı mahnını birgə səsləndirən sənətçilər, ilk duetin yüklənmə və dinləmə sayına görə, rekord vurmuşdular. 6 milyon baxış sayı ilə "İlin dueti" olmuşdi. Ayan xanım yeni duetlə köhnə rekordu təzələyəcəklərinə inandığını söylədi: "İlk duetimiz hələdə sevilir və dinlənilir. Nadirlə yeni uğura imza atmaq istədik və "Xəyanətkar" ərsəyə gəldi".
Duet barədə müğənni N.Qafarzadə öz fikirlərini bölüşüb: "Sənin üçün" mahnısı çox sevildi və deyərdim ki, "Youtube" şəbəkəsində yaxşı baxış sayı yığdı. Bu mahnıdan sonra növbəti dəfə duet oxumaq qərarına gəldik. Bu gündən dinləyicilərimizin ixtiyarına verdiyimiz "Xəyanətkar"ın da seviləcəyinə ümid edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31