Aygünlə Natavan barışsa... aş bişirəcəklər
16 Oktyabr 2015 14:39 MədəniyyətElgiz Əkbər xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibini barışdırmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, aparıcı "Günə baxan" verilişində bildirib ki, Aygünlə Natavan barışsa, aş dəmləyəcək: "Aygün xanım xalq artistidir, sevilən müğənnidir. Natavanın da gözəl mahnıları, klipləri var. Gözəl oxuyur. Bunların mehriban olmasını, dostluq etməsini arzulayıram. Hətta mən onları verilişimə dəvət edib, burada barışdırmaq istəyərdim. Hətta burada aş da dəmləyərdik".
Qeyd edək ki, A.Kazımova ilə N.Həbibi 9 ildir ki, küsülüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31