Aygün Natavana əsəbiləşdi - “Rədd ol”
15 Oktyabr 2015 15:31 MədəniyyətXalq artisti Aygün Kazımova ilə Natavan Həbibi arasındakı qalmaqal davam edir. "Qafqazinfo"nun məlumatına görə, xalq artisti Həbibinin "İncə sənət" verilişində ona "savadsız" deməsinə sosial şəbəkədə münasibət bildirib: "Azərbaycanın qanunları hər bir Azərbaycan vətəndaşı üçün qanundur. Mənə savadsız deyənin özü savadsızın yekəsidir. Gedib qanunları yaxşı-yaxşı öyrənin. 30 il dediyiniz 30 saniyə də olmadı. Mənim vətənimdə "Hayastan" siyasəti aparma. Mənim məmləkətimdən rədd ol".
Qeyd edək ki, Natavan Həbibi Kazımovanın ölkədən çıxışına 30 il qadağa qoyulduğunu desə də, xalq artisti dünən Türkiyəyə yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31