Tanınmış muğam ifaçısı Ehtiram Hüseynova "Əməkdar artist" fəxri adı verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə sərəncamı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb. Sərəncamda qeyd edilib ki, muğam sənətinin inkişafında xidmətlərinə görə Ehtiram Hüseynova "Əməkdar artist" fəxri adı verilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31