Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq

Oktyabrın 31-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasından dəvət olunmuş proqram "Lasta-rika" adlanır və Bakıda ilk dəfə çıxış edəcək.Məlumatda qeyd olunub ki, Bakı Dövlət Sirki ənənəsinə sadiq qalaraq, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.Proqrama "dəniz şirlərinin teatrı", atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir."Lasta-rika" eksklüziv sirk-şousu noyabr sonlarına kimi Bakıda olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31