İlhamə Quliyeva köməkçisini işdən çıxardı İlhamə Quliyeva köməkçisini işdən çıxardı

Xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanı işdən azad edib. Bu haqda Axşam.az-a açıqlamasında müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. O bildirib ki, buna səbəb Mehriban Hüseynovanın İ.Quliyevanın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub: "Xalq artisti sənət adamlarının, KİV nümayəndələrinin nəzərinə çatdırır ki, M.Hüseynovanın ona heç bir aidiyyatı yoxdur. Onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. M.Hüseynovanın işindən uzaqlaşdırılmasının səbəbləri yaxın günlərdə ətraflı şəkildə açıqlanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31