“Gələcək - gənclərin, gənclər isə müəllimlərin əsəridir” – Faiq Ağayev

Azərbaycanın xalq artisti Faiq Ağayev Müəllimlər Günü münasibəti ilə bu peşə sahiblərini təbrik edib. "Müəllimlik, ustadlıq - dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan bütün müəllimləri təbrik edirəm. Bayramınız mübarək. Gələcək - gənclərin, gənclər isə müəllimlərin əsəridir", - deyə Faiq Ağayev qeyd edib.

Xatırladaq ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31