Tural Bayraməliyevdən yayın bəstəsi VIDEO

Kiçik fasilədən sonra mahnı yaradıcılığına davam edən bəstəkar-şair Tural Bayraməliyev yeni mahnısını dinləyicisinə təqdim edib. Söz və musiqisi müəllifə məxsus mahnı "Bu bahar" adlanır. Sevgini tərənnüm edən mahnını gənc və istedadlı müğənni Damla səsləndirib.
Qeyd edək ki, mahnıya nəzərdə tutulan klip çəkilişi artıq tamamlanır və yaxın günlərdə təqdim ediləcək. Hər bir mahnısının ifaçısına uğur gətirdiyini bildirən Tural Bayraməliyev eyni uğuru Damlada da görəcəyinə inandığını bildirdi. Xatırladaq ki, Damla Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, müəllimi xalq artisti Qəndab Quliyeva olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31