Günay Musayeva arzusuna çatdı

Azərbaycanlı model Türkiyə vətəndaşlığına keçib. Azərbaycanlı model Günay Musayeva uzun müddətdir arzusunda olduğu xəbəri eşidib. Anspress-in məlumatına görə, qardaş ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Türkiyə vətəndaşlığına keçib. Bu ilin yanvar ayında həyat yoldaşı Tolqa Karellə boşanmaq barədə ərizəsini təqdim edən modelin vətəndaşlıq almaq üçün iddianın vaxtını uzatdığı deyilirdi. Belə ki, 403 saylı Türkiyə Cümhuriyyəti Vətəndaşlığı Qanuna əsasən, evlilik səbəbilə Türkiyə vətəndaşlığına keçmək üçün ən az 3 il evli olmaq, milli təhlükəsizlik və əxlaq baxımından təhlükəli olmamaq və mümkün qədər türkcə bilmək vacibdir. Azərbaycanlı model şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra selfi çəkdirmək planı olduğunu və mətbuatın bu planı pozduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31