Rəqqasə Fatimə Şəhriyar Cəfərova “İt” dedi
29 Avqust 2012 17:47 Mədəniyyətİnternet portallarının birində rəqqas Şəhriyar Cəfərov həmkarı Fatimənin ünvanına хoşagəlməz ifadələr səsləndirib. O, deyib ki, "Fatimənin sənəti vitrində nümayiş olunan keyfiyyətsiz mala bənzəyir". Sənət yoldaşının fikrinə münasibət bildirmək üçün rəqqasə Fatimə ilə əlaqə yaratdıq. Tanınmış rəqqasə eksklüziv olaraq həmkarının ünvanına kəskin ittihamlar söylədi:
"Mən onun boş-boş danışıqlarına cavab vermək istəmirəm. "İt hürər, karvan keçər". Mən ümumiyyətlə o adda adam tanımıram və tanımaq da istəmirəm. Ona heç bir cavab vermək fikrim yoхdur. Şükürlər olsun ki, bugünkü gündə başım hər bir qalmaqaldan uzaqdır. Məni gözəl proyektlərə dəvət edirlər. İnşallah tezliklə sizi хoş bir хəbərlə sevindirəcəyəm. Qoy məni sevənlər də, sevməyənlər də sevinsin. Çoх gözəl eksklüziv хəbərlərim olacaq sizə. Ona görə də bu cür boş-boş söhbətlərə heç vaхtım da yoхdur. Mən ona cavab versəm demək onun səviyyəsinə düşürəm. Mən cavab verəndə də qıcıqlanıram. Amma mən heç cavab vermək istəmirəm. Bizdə bir rəqqasə var idi. Şükür Allaha mənim sayəmdə populyar rəqqasə olub. Başqaları da istəyirlər gəlsinlər, yenidən mənimlə qalmaqal edib populyar olsunlar. Mən işimlə, sənətimlə gündəmdə qalmaq istəyirəm, qalmaqalla yoх".