Tarkan kimsənin gözləmədiyini etdi
30 Avqust 2012 14:36 MədəniyyətTürkiyə musiqisinin meqastarı Tarkan İstanbuldakı Açıkhava teatrındakı konsertlərinin ilk gecəsində sürpriz proqramla çıxış etdi.
milli.Az Milliyet-ə istinadən bildirir ki, konsertə "Aşk Gitti Bizden" mahnısı ilə başlayan Tarkan sonra Orhan Gencebayın "Hatasız Kul Olmaz" mahnısını ifa edib.
"Bu mahnı arabeskdir. Orhan babanın albomu çıxır, mən də bu mahnını seçdim. Amma arabesk kimi oxumayacağam", - Tarkan söyləyib.
Tarkanın yenilikləri bununla da bitməyib.
Daha sonra o, "Uyan" və "Benim Sadık Yarim Kara Topraktır" xalq mahnılarını oxuyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31