Azərbaycanda 800 min manata reklama çəkilən gözəl danışır
Cansu Dere: “Ailəmin vermədiyi sualları tanımadığım adamlardan eşidəndə təəccüblənirəm”
30 Avqust 2012 14:33 MədəniyyətCansu Dere 1980-cı ildə Ankarada anadan olub. Valideynləri isə əslən yunanıstanlıdır. C. Dere İstanbul Texniki Universitetinin Arxeologiya fakültəsinin məzunudur.
Cansu Dere 2000-ci ildə Kanal D-nin təşkil etdiyi "Miss Turkey" gözəllik müsabiqəsinin üçüncüsü olub. Daha sonra manekenlik karyerasına professional olaraq davam etdirməyə başlayıb. Bir çox serialların və verlişlərin aparıcı olan Cansu Dere hazırda ən çox rəğbət olunan manekenlərdən və aktrisalardandır. Qeyd edək ki, artıq yeni mövsümdə Cansu Dere "Muhteşem Yüzyıl" serialına çəkiləcək. Türkiyə mətbuatı tanınmış aktrisanın bu qərarını ona həddindən artıq nüfuz gətirəcəyini yazıb...
Türkiyə mətbuatına istinadən Cansu Derenin müsahibəsini təqdim edirik:
- Necə uşaq olmusunuz?
- Tənhalığı sevən, öz-özünə əylənə bilən bir uşaq idim. Ailəmiz dörd nəfərdən ibarət idi.
- Orta məktəbdə oxuyarkən sinfin məşhurlarından sayılırdız?
- Yox, qətiyyən. Heç vaxt məktəbdə tanınan, başqalarından seçilən bir şagird olmamışam.
- Siz İstanbul Universitetinin arxeologiya fakültəsində təhsil almısız. Niyə məhz arxeologiya? Bu maraq sizdə hardan yaranmışdı?
- Tarix və arxeologiya mənə həmişə maraqlı görünüb. Gəncliyin verdiyi həyəcanla da arxeologiya fakültəsində oxumağa qərar verdim. Hazırda yenə də bu cür sahələrlə maraqlanıram.
- Məktub yazmağı sevirsizmi?
- Uşaqlıq illərində tez-tez başqa şəhərlərə getdiyimə görə rəfiqələrimlə məktublaşırdım.
- İndi 30 yaşındasız. 20 yaşınızdakı şəkillərinizə baxanda o vaxtlarınızı indiki anınıza dəyişərsizmi?
- Yox, indiki halımı heç nəyə dəyişmərəm. Ömürdən keçən günlər insana ayrı bir dəyər qatır. İnsanın baxışları belə yaş ötdükcə dəyişir.
- Fiziki olaraq dəyişmək istərdinizmi?
- Həmişə uca boylu olmuşam. Məktəbdə oxuyarkən həmişə arxa partada əyləşmək məcburiyyətində qalırdım. O vaxtlar boyumun qısa olmağını arzulayırdım, amma indi belə bir arzum qətiyyən yoxdur.
- Daha çox nə barədə fikirləşirsiz?
- Gördüyüm işdən daha yaxşısını necə həyata keçirə bilmək məni ən çox düşündürən mövzudur...
- Sizin haqqınızda yazılan tənqidi yazıları oxuyub narahat olursuzmu?
- Çox fikir vermirəm. Amma bəzən oxuyuram haqqımda çıxan yazıları. Məni əsas maraqlandıran tənqidin kim tərəfindən edilməsidir.
- Dostlarınızın sayı çoxdurmu? Onlara nə qədər güvənirsiz?
- Ona dost demişəmsə, demək, güvənirəm. Dostlarım azdır, az olduğuna görə də çox dəyərlidirlər. İnsanın bu həyatda həqiqi neçə dostu ola bilər ki?
- Saç rənginizi dəyişdirmisiz. Deyirlər, qadınlar depressiyaya düşəndə saçlarının rəngini dəyişdirir...
- Yox, mənim elə bir adətim yoxdur (gülür).
- İndi həyatınızın hansı dövründəsiz?
- İşlərim həddindən artıq çoxdur. Tez-tez səyahətə çıxıram. Kitab oxuyuram, şəkil çəkdirirəm. Yəni həyatımda çox rahat və gözəl bir dövr keçirirəm...
- Sevmək sizcə, tragediyadır?
- Sən tragediyaya çevirməsən, yox, niyə tragediya olsun ki?
- Şəxsi həyatınızla bağlı heç vaxt danışmırsız. Bu susqunluğunuzun səbəbi nədir?
- Məncə, mənim həyatım heç kəsə maraqlı deyil. Ən azından mənim fikirim belədir.
- Göz qabağında olan insanların həyatları hər zaman maraq dairəsində olur...
- Bəli, ola bilər, amma mənim həyatdakı ölçüm belədir. Hər şeyimi hər kəslə paylaşa bilmirəm. Məhrəmlik mənim üçün çox vacibdir. Amma bununla yanaşı, qarşımdakı insanlara sayğı ilə yanaşıram və mənə də sayğı göstərilməsini istəyirəm. Ailəmin vermədiyi sualları tanımadığım insanların verməsi məni çox təəccübləndirir...
- İnsanların sizinlə bağlı bilmədiyi nə var?
- Onsuz da mənimlə bağlı heç nə bilmirsiz (gülür). Ən çox eşitdiyim "Soyuq insana oxşayırsız, amma əksinə, çox cana yatımlısınız" cümləsidir.
Qeyd edək ki, ünlü aktrisa Azərbaycanda daha çox "İdeal" mağazalar şəbəkəsinin reklamına çəkiləndən sonra məşhurlaşıb. Məlumata görə, C.Dere bu reklama çəkilməsinə görə 800.000 manat qonorar alıb. publika.az