İlhamə Quliyeva : "Yaşayıram, yaşayacam" VIDEO
Xalq artisti onu sevənlərə xüsusi təşəkkür etdi
29 Avqust 2012 17:40 MədəniyyətMərkəzi Nefçilər Xəstəxanasında ürəyindən açıq cərrahiyə əməliyyatı olunan xalq artisti İlhamə Quliyeva əməliyyatdan sonra səhhəti barədə ilk müsahibəni ANS-ə verib. "Özümü çox möhtəşəm hiss edirəm. Bu gün artıq əməliyyatdan sonra 3-cü gündür. Dünən gecə məni reanimasiyadan öz palatama keçiriblər. Yaxşıyam, çox yaxşı, Şükr Allaha", - deyə xalq artisti bildirib.Xalq artisti onun səhhəti ilə maraqlananlara xüsusi təşəkkür etdi. İlhamə Quliyeva onun səhhətini daim nəzarətdə saxladığı üçün onu sevənlərə və ANS televiziyasına xüsusi təşəkkür etdi: "Məni istəyənlər çox dua ediblər. Xalqımıza etdiyi dualara görə təşəkkür edirəm. Sizə, ANS kompaniyasına. Çox sağ olsunlar dualarına görə. Yaşayıram, yaşayacam. Hər şey yaxşıdır".Xalq artisti hazirda müalicəsini Mərkəzi Nefçilər Xəstəxanasında palata şəraitində davam etdirir. Həkimin verdiyi məlumata əsasən isə ümumilikdə 6-8 həftə reabilitasiya mərhələsindən sonra İlhamə Quliyeva daha sağlam bir ürəklə sevənləri ilə görüşə biləcək.Xatırladaq ki, müğənni İtaliyada səfərdə olarkən ürəyi ilə bağlı ciddi problemlə üzləşib və vətənə döndükdən sonra dərhal ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.