Bakıda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək

Bakıda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov deyib. Səfirin sözlərinə görə, noyabr ayında keçiriləcək tədbirlə bağlı bir sıra təşkilati işlər həyata keçirilir: "Noyabrın 19-22-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Artıq bununla bağlı rəsmi razılaşma əldə olunub. Hazırda tədbirlə bağlı bir sıra texniki işlər həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31