Əri azərbaycanlı müğənnini xəyanətdə günahlandırır - ŞOK
Türkiyə vətəndaşı Səidə Dadaşova haqqında şok sözlər söyləyib
29 Avqust 2012 15:49 MədəniyyətAzərbaycanlı müğənni Səidə Dadaşovanın həyat yoldaşı Səlcuq Gökgöz arvadı barəsində yeni ittihamlar səsləndirib. O, müğənninin əslində onunla Türkiyə vətəndaşlığını almaq üçün evləndiyini bildirib. "Merkez.az"a açıqlamasında Səlcuq Gökgöz deyib ki, Türkiyə qanunlarına görə xarici vətəndaşla 3 il evli qaldıqdan sonra vətəndaşlıq almaq mümkündür: "Səidə mənə vətəndaşlıq almaq istədiyini dedi. Mən də razı oldum. Amma mən sevib ailə qurmuşdum. Səidənin isə nə məqsədlə ailə qurduğunu bilmirdim".
5 aydır bir evdə yaşamadıqlarını deyən Səlcuq Gökgöz artıq boşanma işlərinə başladıqlarını söyləyib. Müğənniylə ailə qurduğuna görə çox peşman olduğunu deyən Türkiyə vətəndaşı daha sonra bunları deyib: "Ailədə ər və arvad arasında münasibətlər çox önəmlidir. Türk qanunlarına görə tərəflərdən biri digəri ilə maraqlanmırsa və işlərinə görə həyat yoldaşına zaman ayıra bilmirsə, bu da xəyanət sayılır. Yəni, xəyanət üçün əsas üçüncü şəxsin olması mütləq deyil. Dolayısı ilə Səidə xanım mənə vaxt ayırmırdı. Mən bu evliliyə canımı qoymuşdum. Bakıya köçməzdən qabaq İzmirdəki evimi, əşyalarımı satmışam bu evlilik üçün. Amma alınmadı. Müğənnilər azadlığı sevir. Azadlığı sevən qadınla isə ailə həyatını davam elətdirmək mümkün deyil".