Ebru Gündeş Şəmkirə toya gələcək
Müğənninin nə qədər qonorar müqabilində oxuyacaqları açıqlanmır
29 Avqust 2012 14:35 MədəniyyətMəşhur Türkiyə müğənnisi Ebru Gündeş ölkəmizə gələ bilər. Milli.Az-a daxil olan məlumata görə, sentyabrın ilk ongünlüyündə Azərbaycanın Şəmkir rayonunda baş tutacaq toyu idarə etmək tanınmış türk müğənnisi Ebru Gündeşə həvalə olunub. Sözügedən rayonda təşkil olunan el şənliklərində dəfələrlə iştirak etmiş Ebru bu dəfə öz orkestri ilə toyu bayrama çevirəcək.
Onunla yanaşı, digər tanınmış türkiyəli sənətçilər - Kutsi, Mustafa Ceceli və "Popstar" müsabiqəsindən tanınan Abidin də Şəmkirə gələcəklər. Onların nə qədər qonorar müqabilində oxuyacaqları açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31