Kriminal

Nardaran hadisələrində təqsirləndirilən digər qrupun cinayət işi məhkəmə baxışına verilib

30 Dekabr 2016 16:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. 


Pirotexniki məmulatlar müsadirə edilib

30 Dekabr 2016 16:32

 Binəqədi rayonu ərazisində pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şıxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən Bakı şəhər sakini Xəlil Məhərrəmovdan 36 ədəd yüksək səsyayıcı xüsusiyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. 

Sevinc Babayevanın oğlu əməlindən peşman olmadığını deyib

30 Dekabr 2016 16:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

DYP Şəkidə reyd keçirdi: 50-yə yaxın sürücü cərimələndi

30 Dekabr 2016 16:02

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Küçədən azyaşlı uşaq tapılıb

30 Dekabr 2016 15:37

Dekabrın 29-da Xətai rayonu ərazisində Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən azyaşlı oğlan uşağı tapılıb. DİN-dən verilən məlumata görə, azyaşlı 34-cü PB-yə təhvil verilib. Araşdırmalar zamanı onun 5 yaşlı Daniel Pşeniçniy olması müəyyən edilib və o, valideynlərinə təhvil verilib.

Evə basqın edənlər tutulub

30 Dekabr 2016 15:35

Dekabrın 29-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Babək Şahlarzadə 25-ci PB-yə müraciət edərək qohumu Xəyal Hüseynovun Bəhruz Mirzəyevlə birgə onun evinə basqın edib pul və qızıl əşyalarını ələ keçirmək istəməsini bildirib. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Onlar hadisəni törətməyi planlaşdırmalarını etiraf ediblər. 

Keçmiş qadın məhkum oğurluğa görə saxlandı

30 Dekabr 2016 15:34

Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb. 

Jurnalistin evini qarət edənlər saxlanıb

30 Dekabr 2016 15:28

Jurnalist İntiqam Valehoğluna məxus Bakı şəhər, Yasamal rayonu, Qanlı gölün qərb sahilində yerləşən 159 nömrəli evi qarət etmiş oğruların kimliyi məlum olub.

"Eldar Mahmudovun işdən çıxarıldığını eşidib sənədləri yandırdım" - MTN-in idarə rəisi

30 Dekabr 2016 14:57

"MTN işi"nə görə həbs edilən polkovnik Füzuli Əliyevin istintaqa verdiyi ifadə məlum olub. Əliyev Füzuli Zülfüqar oğlu ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və üzləşmələr zamanı ifadə verməmək hüququndan istifadə edib, əksər suallara cavab verməkdən imtina edib, yalnız ayrı-ayrı sualları cavablandırıb.

Natiq Kərimovun cinayət işi icraata verilib

30 Dekabr 2016 14:45

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi eyni icraata verilib.

Hamilə qadını öldürən şəxsə AĞIR CƏZA

30 Dekabr 2016 14:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə yaşadığı hamilə qadını qətlə yetirməkdə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.