Təcili tibbi yardım maşını yandı
3 Yanvar 2017 10:56 KriminalTrend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel" markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində "Qazel" markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz" markalı yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31