Kriminal
MTN generallarının həbs müddəti uzadılıb
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Natəvan Mirvətova: "Telefon danışıqları Eldar Mahmudovun tapşırığı əsasında dinlənilib"
Bir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayor Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadə məlum olub.
Teymur Quliyev: “Tağı Əhmədovun telefonlarının dinlənilməsi tapşırığını Akif Çovdarov təsdiqləyib”
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN Monitorinq Mərkəzinin həbsdə olan rəhbəri, general Teymur Quliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.
Vidadi Zeynalov və digərlərinin məhkəməsində şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Spirtli içkilər, soyuq silahlar və digər mallar aşkar edilib- VİDEO
Rusiya Federasiyasından Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyat məlumatı daxil olub.
Lənkəran sakinindən 2 kq tiryək götürülüb
Lənkəran sakinləri külli miqdarda narkotik vasitə ilə tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Yalçın Məmmədov və Əbülfəz Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar. Y.Məmmədova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram 905 qram tiryək və 14,6 qram tropikamid aşkar edilərək götürülüb.
Qətl törədən dəstənin daha bir üzvü tutulub
Dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirilib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 39-cu PB, Səbail Rayon Mühafizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qrupun üzvü - Elnur Məmmədov tutulub.
Kafedə həmkəndlisini qətlə yetirən saxlanıb
Dekabrın 28-də Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllər məhkum olunmuş Pərviz İsmayılov tutulub. Ondan "Makarov" markalı tapança götürülüb.
Astara sakinində saxta dollar götürülüb
Astara sakinində saxta dollar aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də 2-cı Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılovdan saxta 2000 ABŞ dolları götürülüb.
Qətlin üstü bir ildən sonra açıldı
2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxmış və geri qayıtmamışdır. DİN-dən verilən məlumata görə, araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilmişdir. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilmişdir. R.Cavadovun tutulması üçün tədbirlər görülür. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
MTN-nin şöbə rəisinin məhkəməsi başladı
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun məhkəməsi başlayıb.
Lənkəranda 3 otaqlı ev yanıb
Lənkəran rayonu, Zövlə kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 88 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və mətbəxin tavanı 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qadını zorlayan keçmiş məhkumlar tutuldu
Dekabrın 28-ə keçən gecə Gəncə şəhərində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhramzadəni döyərək, 550 manatını və mobil telefonunu alıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuşlar Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.Aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01.00 radələrində şəhər sakini K. Ə. adlı qadını Rövşən Məmmədtağıyevə məxsus “VAZ-2107” markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
MTN generallarının məhkəməsinin başlama vaxtı məlum olub - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
Dələduzluq edən şəxsin məhkəməsində hakim prosesdən kənarlaşdırılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib. Sonra R. Sadıxov istisna olmaqla, digər hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər etirazı təmin edib və iş yeni hakim tərkibinin müəyyən olunmasına qədər təxirə salınıb. Apa.az














