Lənkəran sakinindən 2 kq tiryək götürülüb
Lənkəran sakinləri külli miqdarda narkotik vasitə ilə tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Yalçın Məmmədov və Əbülfəz Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar. Y.Məmmədova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram 905 qram tiryək və 14,6 qram tropikamid aşkar edilərək götürülüb.
29 Dekabr 2016 18:58 KriminalLənkəran sakinləri külli miqdarda narkotik vasitə ilə tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Yalçın Məmmədov və Əbülfəz Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar. Y.Məmmədova məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 1 kiloqram 905 qram tiryək və 14,6 qram tropikamid aşkar edilərək götürülüb.