22 yaşlı gənc qız çəkisini azaltmaq istədi - ƏMƏLİYYAT STOLUNDA KEÇİNDİ
31 Dekabr 2016 20:39 KriminalEkvadorda 22 yaşlı gənc model əməliyyat stolunda dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Melani Monteneqro artıq yağlardan xilas olmaq üçün ailəsindən xəbərsiz əməliyyata razılıq verib.
Ekvadorun Quayas əyalətindəki Quayaqul şəhərinin klinikalarından birinə müraciət edən model Felipe adlı həkimlə danışıb. Əməliiay zamanı 22 yaşlı qız infarkt keçirib. Maraqlıdır ki, həkim onun öldüyünü ailəsinə bildirməyib və qaçmaq üçün zaman qazanıb. Bununla da, tibb işçisi xəstənin ölümündə birbaşa günahkar hesab olunur.
Melaninin atası qızının estetik əməliyyatından xəbərsiz olduğunu bildirib. Görünür, model televiziyada yayımlanan ucuz qiymətli reklamlara aldanaraq, düzgün yönləndirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31