Bakıda “Demirchi Tower”də atışma: Ölən var
7 Yanvar 2017 15:33 KriminalBakı şəhərindəki "Demirchi Tower" biznes mərkəzində silahlı insident baş verib.
Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib.
İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester" tüfəngindən açılan atəşlə öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb./apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31