Kriminal
Suraxanıda 2 otaqlı ev yanıb
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cəlilabadda 3 otaqlı ev külə dönüb
Cəlilabad rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət yaşayış evinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Avtobusun oturacağında tiryək aşkar edildi
İran İslam Respublikasının vətəndaşı ölkəmizə narkotik vasitə keçirmək istəyərkən tutulub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Akif Çovdarovun məhkəməsi yanvarın 11-nə təxirə salınıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dörd məsciddən oğurluq edən şəxs tutuldu
Masallı rayonunda dörd məsciddən oğurluq edilib. Hadisələr rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb. Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb.
DİN: "Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib
Daxili İşlər Nazirliyi (DİN) "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb. Məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.














