Kriminal

Məhkəmənin vaxtı məlum olub

17 Yanvar 2017 15:07

Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi məhkəmənin başlama vaxtı məlum olub. Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Əcnəbilərə qənim kəsilən qadınlar saxlanıb

17 Yanvar 2017 14:47

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri tutulublar.”Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunlar Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərovadır. Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.

Nəvəsinin cinsiyyət orqanını kəsib öldürdü - DƏHŞƏTLİ ETİRAF

17 Yanvar 2017 14:12

Bakıda nəvəsini boğaraq öldürməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saleh Həsənov ifadə verib.

Mahmudovun anası, brilyant tədbiri... - Polkovnikin əlyazmaları

17 Yanvar 2017 13:09

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan polkovniki Füzuli Əliyevin xidməti otağından götürülən əşyaları arasında əlyazmaları olan kitabça və zərflər aşkarlanıb. Həmin əlyazmalar ekspertizaya təqdim edilib və qeydlərin F.Əliyevə aid olduğu təsdiqlənib.

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri apellyasiya şikayəti verib

17 Yanvar 2017 12:35

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

"Qızıl Məryəm"i qətlə yetirənlərdən xəbər var

17 Yanvar 2017 11:13

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirmiş Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Akif Çovdarovun daha bir qohumu məhkəmədə ifadə verib - YENİLƏNİB

16 Yanvar 2017 19:01

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Bakıda 3 otaqlı ev yanıb

16 Yanvar 2017 18:38

Bakının Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² , 1 otağının tavanı 8 m² sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub.

Mobil telefonları gizli keçirmək istədi

16 Yanvar 2017 18:00

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd “Samsung Galaxy J1 mini” markalı telefonlar və 8 ədəd adapter aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Mağazadan oğurluq etmək istəyən qadın yaxalanıb

16 Yanvar 2017 16:25

 Abşeron rayonunda fəaliyyət göstərən mağazadan oğurluq etrmək istəyən qadın saxlanıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon sakini Tofiq Nəzərəliyevə məxsus mağazadan 2500 manat pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Onun Xaçmaz şəhər sakini Günel Gülməmmədova olduğu müəyyən edilib. Araşdırma aparılır.

Bakı sakinindən narkotik vasitə götürülüb

16 Yanvar 2017 16:22

Bakı sakinidə narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.

Cəlilabad sakinindən 13 kq tiryək götürülüb

16 Yanvar 2017 16:20

Cəllabad rayon sakinində külli miqdarda narkitok vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.

Qadınları Türkiyəyə aparan şəxs tutulub

16 Yanvar 2017 15:22

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Dilənçiliklə məşğul olan 9 nəfər cərimələnib

16 Yanvar 2017 15:21

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olduqları üçün 9 nəfər saxlanıb. Saxlanınlar barəsində protokol tərtib edilib.

Çantasından pul oğurlyan şəxs tutulub

16 Yanvar 2017 15:18

Bakı şəhərində çantadan pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Xatirə Sərdarovanın çantasından 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rəhman Əmrullayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir paytaxt sakininin cibindən 80 manat pul və sənəd oğurlaması müəyyən edilib.