"Mercedes" vuran piyada yerindəcə keçinib
Səngəçalda ölümlə nəıticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
17 Yanvar 2017 16:02 KriminalSəngəçalda ölümlə nəıticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.